Qəzza danışıqları Şarm əl-Şeyxdə keçiriləcək

21:28 - 5 Oktyabr 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında nizamlanma ilə bağlı danışıqlar aparmaq üçün Misirə nümayəndə heyəti göndərib.

Ucnoqta.az xəbər verir ki, danışıqlar Sinay yarımadasındakı Şarm əl-Şeyx şəhərində baş tutacaq, İsrail baş nazirinin ofisi təsdiqləyib.

Ofisin məlumatına görə, danışıqlar qrupuna İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. "Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - ofisdən bildirilib.

Xəbər xətti