Sumud flotiliyasının ilk qrupu deportasiya edildi

15:03 - 3 Oktyabr 2025 - DÜNYA

İsrail hakimiyyəti Qəzza zolağına gedərkən İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən Sumud donanmasının saxlanılan ilk qrup üzvlərini deportasiya edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, ilk deportasiya edilən dörd İtaliya vətəndaşı olub. "Qalan üzvlər hazırda deportasiya prosesindədir. İsrail bu proseduru tez bir zamanda başa çatdırmaqda maraqlıdır", - nazirlik qeyd edib.

Xarici İşlər Nazirliyi bütün flotiliya üzvlərinin təhlükəsiz və sağlam olduğunu vurğulayıb. İsrail onların Qəzzə blokadasını yarmaq cəhdini təxribat hesab edir.

Sumud donanması sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşüb. O, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarət idi. Missiyanın məqsədi Zolağın blokadasını yarmaq və anklava humanitar yardım çatdırmaq idi.

Xəbər xətti