Azərbaycana gələn turistlərin sayı AZALIB

10:11 - 2 Oktyabr 2025 - İQTİSADİYYAT

“Bu ilin ilk 8 ayında ölkəyə gələn turist sayı yenə azalıb – keçən ilin eyni dövrü ilə müqaisədə 1,6% azalma var. Faiz nisbətində azalma kiçik görünsə də, tendensiya olaraq artıq hər il turist sayının azalmasını müşahidə edirik. Quru sərhədlərin bağlı olması Azərbaycan iqtisadiyyatına, əsasən də turizm sektoruna böyük zərbə vurur”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. İqtisadçının sözlərinə görə, bu ilin yanvar-avqust aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,6 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib:

“Quru sərhədlər demişkən, bu ilin yanvar-avqust aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,6 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib. Yaxşı, bu əcnəbilər hansı qatara minir, hardan maşınla keçir, hansı gəmi ilə gəlir? Onlar gələ bilirsə, Azərbaycan vətəndaşları niyə o qatara, o gəmiyə, o maşına minə bilmirlər?!” 

Xəbər xətti