Tutulan “Sumud” flotiliya gəmilərinin sayı 9-a çatıb

04:48 - 2 Oktyabr 2025 - DÜNYA

İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud flotiliyasının 9 gəmisini ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Missiyanın İnformasiya Komitəsi məlumat yayıb.

Livanın “Al Mayadeen” telekanalı komitəyə istinadən xəbər verir ki, “İsrail qüvvələri hücum edərək 9 missiya gəmisini ələ keçirib”.

O, həmçinin qeyd edib ki, İsrail hərbçiləri “gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edir”.

Xəbər xətti