Azərbaycanda 3 min yazıçı var.
Ucnoqta.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.
O bu müəlliflərin növbəti mərhələdə yazdıqlarına görə qonorar alacaqlarına inandığını bildirib.
Xalq yazıçısı kitab sənayesinin problemlərinə toxunub:
"Təəssüf ki, bu gün yazıçılarımız öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Amma zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq".