Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir - Baş Prokuror

10:07 - 1 Oktyabr 2025 - Xəbər

Adnan Əhmədzadənin həbsi ilə bağlı hazırda ibtidai istintaq hərəkətləri davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.

"Bununla bağlı istintaq orqanı araşdırma aparır. İndi bu məsələ nə isə demək düzgün deyil", - K.Əliyev bildirib.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti