Tramp Ağ Evdən bəyanat verəcək

07:16 - 30 Sentyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 30-da Ağ Evin Oval Ofisindən bəyanatla çıxış edəcək. Prezidentin planlaşdırdığı açıqlamanın mövzusu açıqlanmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin məlumatında deyilir.

Prezidentin yerli vaxtla saat 11:00-da açıqlama verəcəyi bildirilib. 

Təqvimə əsasən, Tramp bu bəyanatı ABŞ-nin Virciniya ştatının Quantico şəhərində müharibə naziri Pit Heqset və yüzlərlə amerikalı general və admiralın iştirak etdiyi görüşdən Ağ Evə qayıtdıqdan qısa müddət sonra verəcək.

Xəbər xətti