"Narıncı" aviasiya xəbərdarlığı - 3,7 km hündürlükdə...

06:32 - 30 Sentyabr 2025 - Xəbər

Kamçatkadakı Şiveluç vulkanı dəniz səviyyəsindən 3,7 km yüksəkliyə kül layı atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 30-da Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupu (KVERT) məlumat verib.

 Dəniz səviyyəsindən 3,7 km hündürlükdə olan Şiveluç vulkanından kül qalxıb. Kül emissiyası vulkandan şərq-cənub-şərq istiqamətində 133 km uzanıb.

Vulkanla bağlı "narıncı" aviasiya xəbərdarlığı edilib.

Xəbər xətti