Mərhum Cabir İmanovla birlikdə eyni idman zalında məşq edən E.Elxan əməkdar artistin ölüm anına şahid olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Elvin Elxan öz sosial şəbəkə hesabında yazıb.
“Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi.
Allah rəhmət eləsin!”
Xatırladaq ki, Əməkdar artist Cabir İmanov bu gün vəfat edib. O, idman zalında infarkt keçirib. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.