Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troy unsiyası üçün 3850 dollardan yuxarı qalxaraq bütün zamanların ən yüksək həddinə çatıb.
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 0,77% artaraq 3853,5 dollara qədər artıb.
Bu arada Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin dekabr fyuçerslərinin qiyməti 0,83% ucuzlaşaraq bir barel üçün 68,99 dollar olub.
WTI markalı xam neftin noyabr fyuçerslərinin qiyməti 1,2% ucuzlaşaraq 64,46 dollar/barelə bərabər olub.