Tıxac olan yollar açıqlanıb - Siyahı

08:13 - 29 Sentyabr 2025 - AVTO

Bakının bir sıra küçə və prospektlərində sıxlıq yaranıb.

Ucnoqqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. ·
Hal-hazırda yollardakı vəziyyət: 
 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 9. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
 11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
 12. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 14. Babək prospekti, mərkəz istiqamətində;
 15. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 16. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
 18. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti