Ukraynadakı münaqişədə nüvə obyektlərinə, xüsusilə Zaporojjya Atom Elektrik Stansiyasına (ZAES) təhlükə narahatlıq doğurur və bütün tərəflər onların təhlükəsizliyini təmin etməlidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.
“Nüvə obyektləri üçün təhlükə, xüsusən də ZAES ilə bağlı dərin narahatlıq mövzusu olaraq qalır. Bütün tərəflər özlərinin mühafizəsi və təhlükəsizliyi üçün beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməlidirlər”, - deyə o bildirib.
Təşkilat rəhbəri mülki əhaliyə və infrastruktura hücumların qəbuledilməzliyini də vurğulayıb.