Sentyabrın 22-dən 27-dək Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak etmək üçün Nyu-Yorkda olacaq.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, müxtəlif ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri ilə bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.