"Barselona"da ciddi itki

23:18 - 22 Sentyabr 2025 - İDMAN

"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi menisküs zədəsini aradan qaldırmaq üçün 23 sentyabr çərşənbə axşamı dizindən kiçik əməliyyat keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qavi avqustda məşq zamanı dizindən zədə almışdı. Konservativ müalicədən sonra klub "mümkün olan ən yaxşı sağalmanı təmin etmək və rəqabətə qayıtmaq üçün" 21 yaşlı futbolçuya artroskopiya etmək qərarına gəlib.

Klub mənbələri "The Athletic"ə bildiriblər ki, Qavi təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Xəbər xətti