Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunması üçün birgə işləməyə çağıraraq, onun dayazlaşmasının artıq qlobal həyəcan siqnalına çevrildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasət müzakirələrində çıxış edən Tokayev "Xəzər dənizi sürətlə kiçilir. Bu, artıq təkcə regional problem deyil, qlobal həyəcan siqnalıdır" deyib.
“Ona görə də biz regiondakı tərəfdaşlarımız və bütün beynəlxalq ictimaiyyətlə birlikdə Xəzərin su ehtiyatlarının qorunması üçün təcili tədbirlər görməyə çağırırıq”.
Qazaxıstan lideri qeyd edib ki, ötən il tarixdə ən isti il olub. "Eyni zamanda, Mərkəzi Asiya qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşir", - Tokayev vurğulayıb.
O əlavə edib ki, Qazaxıstan Aral faciəsindən dərs alıb. “Bizim ardıcıl səylərimiz, o cümlədən beynəlxalq səviyyədə, biz dənizin şimal hissəsini qoruyub saxlaya bilmişik”, - Tokayev xatırladıb.