Ukrayna üçün "Tomaqavk" raketləri

07:40 - 30 Sentyabr 2025 - DÜNYA

ABŞ administrasiyası Ukraynanı Kiyevə Rusiya ərazisinin əhəmiyyətli dərinliklərinə zərbələr endirməyə imkan verəcək “Tomaqavk” qanadlı raketləri ilə təmin etmək imkanlarını araşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Donald Trampın komandasının nümayəndələrinin bəyanatlarına istinadən məlumat yayıb.

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq təsdiqləyib ki, Vaşinqton Volodimir Zelenskinin uzaqmənzilli raketlər tələbini nəzərdən keçirir.
Onun sözlərinə görə, Donald Tramp Rusiya daxilində hədəflər də daxil olmaqla, uzaqmənzilli zərbələr üçün Amerika silahlarından istifadəni artıq təsdiqləyib.

Bu arada ABŞ-nin vitse-prezidenti J.D.Vens həmin gün Fox News-da çıxış edərək vurğulayıb ki, Tramp hələ sonradan onları Ukraynaya ötürə biləcək “Tomaqavk” raketlərini avropalı tərəfdaşlara satmaqla bağlı yekun qərar qəbul etməyib.

Xəbər xətti