Oktyabrın 1-də ABŞ hökuməti büdcə layihəsi ilə bağlı razılığın olmaması səbəbindən fəaliyyətini dayandırdı.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə, vacib olmayan federal işçilər ödənişsiz məzuniyyətə buraxılacaqlar. Bəziləri maaş almadan işləməyə davam edəcəklər. Ümumilikdə, bağlanma təxminən 750,000 ABŞ dövlət qulluqçusuna təsir göstərə bilər.
Bu arada büdcə layihəsi ilə bağlı razılığa gələ bilməyən senatorlar maaşlarını almağa davam edəcəklər, çünki onların gəlirləri ABŞ Konstitusiyası ilə qorunur.