Dövlət Departamenti HIMARS raket sistemlərinin Avstraliyaya satışını təsdiqlədi

00:09 - 1 Oktyabr 2025 - DÜNYA

ABŞ Dövlət Departamenti Avstraliyaya M142 HIMARS çoxsaylı buraxılış raket sistemləri (MLRS) və əlaqəli avadanlığın potensial satışını 705 milyon dollara təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah satışına cavabdeh olan Pentaqonun Xarici Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Açıqlamaya görə, Avstraliya səlahiyyətliləri daha əvvəl ABŞ-dan 48 sistem, daşıyıcı-yükləyici maşın və digər avadanlıq və ehtiyat hissələri tələb etmişdi.

Sənəddə vurğulanır ki, təklif edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

Xəbər xətti