ABŞ Müdafiə Nazirliyi tezliklə ABŞ-ın hərbi satınalmalarını sadələşdirməyə və Amerika silahlarının xaricə çatdırılması üçün lazım olan vaxtı azaltmağa yönəlmiş böyük islahatlara başlayacaq.
Ucnoqta.az xəbər verir ki. bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlığı qarşısında çıxışı zamanı bildirib.
“Müdafiə naziri Hegset tezliklə müdafiə satınalmalarını sadələşdirmək və xarici hərbi satışları sürətləndirmək üçün böyük islahatları elan edəcək. Avadanlığımızı almaq istəyən bir çox ölkə var və bir çox hallarda bu, çox uzun çəkir”, - Amerika lideri ABŞ generalları ilə görüşdə deyib.