Çempionlar Liqasının əsas mərhələsində Qazaxıstanın “Kayrat” və İspaniyanın “Real Madrid” komandaları arasında keçirilən oyunda ab-hava “inanılmaz” idi.
Ucnoqta.az xəbər verir ki, "Real"ın baş məşqçisi Xabi Alonso jurnalistlərə açıqlamasında deyib.
"Əminliklə deyə bilərəm ki, "Kayrat"ın Çempionlar Liqasında oynamaq hüququ qazanmasına layiqdir. Bunun buradakı insanlar üçün nə demək olduğunu hamımız gördük. Matç zamanı atmosfer inanılmaz idi. "Kayrat"a uğurlar arzulayıram", - Alonso deyib.
"Matça gəlincə, ola bilsin ki, startda narahat olduq. "Kayrat"ın yaxşı şansı oldu, təkbətək. Düzünü desəm, oyunun əvvəlində "Kayrat"ın oyunçularının intensivliyi bizi təəccübləndirdi", - Alonso əlavə edib.
Çərşənbə axşamı "Kayrat" Çempionlar Liqasının əsas mərhələsində ilk ev matçını keçirdi və "Real Madrid"ə 5:0 hesabı ilə uduzdu.