İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatdı

12:38 - 1 Oktyabr 2025 - Xəbər

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri oktyabrın 1-də başa çatıb.

Ucnoqta.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Xəbər xətti