Kanada BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa edib

21:50 - 1 Oktyabr 2025 - DÜNYA

Kanada hökuməti BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu sanksiyalar İrana nüvə materialları, texnologiya və ikili təyinatlı malların, eləcə də ballistik raketlərlə bağlı avadanlıq və inkişafların ixracı və idxalına qadağa daxildir.

Kanada da silah embarqosu qoyub və İran gəmilərinə xidmət qadağanını bərpa edib.

Bundan əlavə, Kanada hökuməti bu cür əməliyyatlarla bağlı texniki və maliyyə yardımının qarşısını alacaq.

Xəbər xətti