Qəzza zolağında son vaxtlar aclıqdan ölən fələstinli uşaqların sayı 151-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, ümumilikdə 455 Qəzza sakini qida çatışmazlığından ölüb, onlardan ikisi, o cümlədən bir uşaq təkcə son 24 saat ərzində dünyasını dəyişib.