"Qarabağ" "Kopenhagen"i də məğlub etdi

22:37 - 1 Oktyabr 2025 - İDMAN

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu çərçivəsində Bakıda "Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını qəbul edib.

Ucnoqta.az xəbər verir ki, oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb (2:0). Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürüb. Matçın 28-ci dəqiqəsində "Qarabağ" hesabda önə keçib. Oyunda Abdullah Zubir fərqlənib. 

83 dəqqiqədə Emmanuel Addai hesab arasındakı fərq artırıb - 2:0. 

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edirdi.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2.

Xəbər xətti