50 yaşlı model dəfiləyə bu geyimdə qatıldı

00:23 - 3 Oktyabr 2025 - MAQAZİN

Cənubi Afrika əsilli amerikalı aktrisa və model Şarliz Teron dəbdəbəli “Dior” brendinin dəfiləsinə qatılıb.

Ucnoqta.az xəbər verir ki, müvafiq paylaşım onun İnstaqram səhifəsində yer alıb.
50 yaşlı məşhur tədbir üçün qara taytının elastik bandını ortaya qoyaraq boz bermud şortu seçib.

O, həmçinin çılpaq bədəninə qara bayker gödəkçəsi geyinib. "Dəli Maks" ulduzu da açıq-saçıq görünüşünü çılpaq makiyajla tamamlayıb və saçlarını toplayıb.
Pərəstişkarları aktrisanın xarici görünüşünü şərh bölməsində müzakirə ediblər. "Planetin ən gözəl qadını", "Çox gözəl görünürsən", "Uzun saçlarını sevirəm", "O gözəldir", "Şarliz qəşəngdir" deyiblər.

Xəbər xətti