İngiltərədə ilk dəfə üç təhlükəli tropik xəstəlik yaya bilən ağcaqanadların aşkarlanmasından sonra elm adamları təcili xəbərdarlıq ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Nəşr qeyd edir ki, Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) Misir və pələng ağcaqanadlarına aid yumurta aşkar edib.
Qeyd olunur ki, bu növlər denq, çikunqunya və Zika virusları kimi xəstəlikləri ötürməyə qadirdir.
UKHSA ilk dəfə Misir ağcaqanad yumurtalarını 2023-cü ildə Hitrou hava limanı yaxınlığındakı yük anbarında, pələng ağcaqanad yumurtalarını isə 2024-cü ildə M20-də xidmət stansiyasının yaxınlığında aşkar edib.
“Bütün əlamətlər ondan ibarətdir ki, bu ağcaqanad növləri Böyük Britaniyada bərqərar olmamışdır”, – nəşr qeyd edir.
Nəşr qeyd edir ki, ekspertlər krallıqda iqlim dəyişikliyi və qışın mülayim keçməsindən narahat olduqlarını bildiriblər. Gələcəkdə bu invaziv növlərin riski var.