Kaliforniyada neft emalı zavodunda baş verən yanğın söndürülüb

10:33 - 3 Oktyabr 2025 - DÜNYA

Kaliforniya ştatının El Sequndo şəhərindəki Chevron neft emalı zavodunda oktyabrın 2-də axşam saatlarında partlayışdan sonra başlayan yanğının qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Evakuasiya tələb olunmasa da, sakinlərə evdə qalmaları tövsiyə olunub. CBS News-un məlumatına görə, havada zərərli maddələrin yüksək səviyyəsi hələ aşkar edilməyib.

El Sequndodakı Chevron neft emalı zavodu 1911-ci ildə tikilib. Bu, ABŞ-nin Qərb Sahilindəki ən böyük neft emalı zavodudur.

Xəbər xətti