Şimali Koreya Rusiya ilə silah ticarətini bərpa edib

08:14 - 3 Oktyabr 2025 - DÜNYA

Rusiyaya məxsus yük gəmisi iki ay ərzində ilk dəfə silah daşınmasını bərpa etmək üçün Şimali Koreya limanına səfər edib.

Peyk görüntülərinin təhlili nəticəsində məlum olub ki, Ledi R iki aylıq fasilədən sonra Rason limanına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NKPro məlumat yayıb. Bu, Rusiya ilə Şimali Koreya arasında şübhəli silah daşınmasının bərpasından xəbər verir.

Gəmi estakadadan avqust ayından bəri yığılan konteynerləri götürüb. "Leydi R" iki ölkə arasında silah alveri sxemində iştirakına görə ABŞ sanksiyalarına məruz qalır və onun fəaliyyəti davamlı olaraq beynəlxalq diqqəti cəlb edir.

Xəbər xətti