İspaniyalı rəqqas sirkdə hündürlükdən yıxılaraq öldü

19:35 - 5 Oktyabr 2025 - HADİSƏ

Almaniyada ispaniyalı gimnast Marina Barselo Saksoniyanın Bautzen şəhərindəki Paul Buş Sirkində çıxış edərkən trapesiyadan yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, Daily Mail hadisə barədə məlumat yayıb. Barselo məşq edərkən təxminən 5 metr hündürlükdən trapesiyadan yıxılıb.

İlkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Uşaqlar da daxil olmaqla yüzə yaxın tamaşaçı hadisənin şahidi olub.

Polis araşdırma aparır. İlkin məlumatlara görə, qəzaya gimnastın səhhətindəki problemlər səbəb ola bilər.

Xəbər xətti