Səbaildə yanğın olub

10:51 - 5 Oktyabr 2025 - Xəbər

Xəbər verildiyi kimi, paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəbər xətti