NASA-nın tədqiqatçılarından ibarət qrup Yaponiyanın Toho Universitetinin mütəxəssisləri ilə birlikdə Yer kürəsində həyatın gələcəkdə tamamilə yox ola biləcəyinə dair proqnoz təqdim edib.
Ucnoqta.az xəbər verir ki, onların hesablamalarına görə, elə bir məqam gələcək ki, Günəş sistemində baş verən dəyişikliklər səbəbindən planetdə canlı orqanizmlərin mövcudluğu qeyri-mümkün olacaq.
Alimlər izah edirlər ki, zaman keçdikcə Günəş genişlənməyə davam edəcək və Yerə çatan istilik miqdarı tədricən artacaq.
Bu, atmosferin tərkibinin dəyişməsinə və oksigen miqdarının azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əksər canlıların həyatı ilə bir araya sığmayan şərait yaradacaq.
Belə bir mühitdə yalnız oksigen tələb etməyən anaerob mikroorqanizmlər yaşaya biləcəklər.
Tədqiqatçılar öz tapıntılarını təsdiqləmək üçün təxminən 400.000 dəfə işlədikləri xüsusi kompüter proqramından istifadə ediblər.
Simulyasiya nəticələri göstərdi ki, Yerdəki həyat prosesləri təxminən 1.000.002.021-ci ildə dayanacaq.
Müəlliflər bu məlumatların təxmini olduğunu vurğulayırlar.
Onların fikrincə, əgər planetdə iqlim və ya geofiziki proseslər gözlənildiyindən daha sürətlə dəyişərsə, həyatın yox olması çox erkən baş verə bilər.