Norveç Silahlı Qüvvələrinin F-35 qırıcıları Polşaya gəlib və Polşanın hava məkanında patrul xidməti həyata keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Norveç Ordusunun Baş Qərargahı məlumat yayıb.
Norveç Müdafiə Nazirliyinin məlumatına görə, Norveç Polşaya iki döyüş təyyarəsi göndərib, ayın sonuna qədər daha bir neçə döyüş təyyarəsi göndərilməsi gözlənilir.
Yanvarın əvvəlində Norveçin təqdim etdiyi dörd F-35 qırıcı təyyarəsi Polşanın Rzeszow hava limanında Ukrayna ilə sərhəddə döyüş növbətçiliyinə başlayıb. Kiyevə göndərilən hərbi və humanitar yüklərin təxminən 90%-i bu hava limanındakı logistika qovşağından keçir.