Kamran Sadıxlı yüksək vəzifəyə təyin olundu

13:26 - 6 Oktyabr 2025 - Xəbər

"Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoruna yeni müşavir təyin edilib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Kamran Sadıxlı gətirilib. 

Bu vəzifəsinə qədər, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində iqtisadiyyat və strateji planlama şöbəsinin strateji planlaşdırma sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, K.Sadıxlı Beşinci "Yüksəliş” müsabiqəsinin qalibidir.

Xəbər xətti