Məhkəmə iclası zamanı hakim güllələndi

00:12 - 7 Oktyabr 2025 - DÜNYA

Albaniyanın paytaxtı Tiranada Apellyasiya Məhkəməsində keçirilən iclasda hakim güllələnib.

Ucnoqta.az bildirir ki, bu barədə AFP xəbər verir.

Polisin məlumatına görə, məhkəmə iclasının iştirakçısı olan 30 yaşlı kişi tapançadan hakimə və işdə iştirak edən bir neçə şəxsə atəş açıb.

“Balkan Insight” xəbər verir ki, atəş açan şəxs saxlanılıb, polis silahı götürüb.

Yaralı hakim xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məhkəmənin digər iştirakçıları - ata və oğul da yaralanaraq xəstəxanaya aparılsa da, onların vəziyyəti stabildir.

Yerli mətbuatın məlumatına görə, iş əmlak mübahisəsi ilə bağlı olub və kişi uduzacağını bildiyi üçün hakimə atəş açıb.

Polis atəşin motivi və ya silahın mühafizədən keçərək məhkəmə binasına necə keçirildiyi barədə rəsmi açıqlama verməyib.

Albaniyada qeyri-qanuni odlu silah saxlamaq üç ilə qədər həbs cəzası nəzərdə tutur.

Xəbər xətti