Oktyabrın 4-də Gürcüstanda dövlət çevrilişinə cəhddə birbaşa Avropa İttifaqından maliyyə alan təşkilatlar iştirak edib.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Dörd il ərzində xaricdən maliyyələşdirilən beş inqilab cəhdi olub. İndi isə çevriliş cəhdində birbaşa Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatlar iştirak edib", - o, "Rustavi 2" telekanalına müsahibəsində deyib.
Kobaxidze qeyd edib ki, belə faktlara baxmayaraq, Gürcüstan Aİ ilə “birtərəfli dostluq”da qalır və hər an münasibətləri bərpa etməyə hazırdır.