Polşalı baş məşqçi Mixal Probej futbol üzrə Qazaxıstan millisini çalışdıra bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Mateuş Borek “Moc Futbolu” YouTube kanalında məlumat verib.
Jurnalistin sözlərinə görə, Polşa millisinin sabiq baş məşqçisi Qazaxıstan Futbol Federasiyası ilə əməkdaşlığa başlamaq üçün razılıq əldə edib.
Bu məlumatın rəsmi təsdiqi tezliklə gözlənilir, lakin müqavilənin detalları məlum deyil.
53 yaşlı Probej 2023-2025-ci illərdə Polşa millisinə rəhbərlik edib. Onun Polşadan kənarda yeganə klubu Yunanıstanın “Aris” klubu olub.