Yeni qaydalar pensiya məbləğlərinə necə təsir göstərəcək?

12:13 - 7 Oktyabr 2025 - Cəmiyyət

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib. Yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Deputatın sözlərinə görə, yeni qaydalar pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək:
"Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərin sadələşdirilməsinə imkan verəcək.

Məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu xüsusən də məlumatlara əlçatanlıq baxımdan da vacibdir.

Yeni qaydala pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminindaha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər".

Xəbər xətti