İspaniyanın Madrid şəhərinin mərkəzində bina çöküb.
Ucnoqta.az El Pais-ə istinadən bildirir ki, yanğınsöndürənlər dağıntılar altından 4 nəfərin cəsədini aşkar ediblər.
Tikinti ustasının sözlərinə görə, çökmə zamanı ərazidə 30-40 işçi ola bilər.
Dağılan bina dördulduzlu otelə çevrilirdi.
“Xilasedicilər dağıntılar altında insanların qalmamasını təmin etmək üçün dağıntıları təmizləməyə davam edirlər”, - nəşr qeyd edir.