Xorvatiya spikeri Bakıya gəldi

21:23 - 7 Oktyabr 2025 - Xəbər

Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Xorvatiya parlamentinin sədrini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Anar İmanov, Branko Zebiç və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər xətti