İki nəfər dəm qazından öldü

18:01 - 7 Oktyabr 2025 - HADİSƏ

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Hadisələr Sabunçu rayonunda qeydə alınıb.

20 yaşlı Quliyeva Mehriban Sakit qızı Ramana, 60 yaşlı Fərzəliyev Etibar Azad oğlu isə Bakıxanov qəsəbəsində hamamda dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, soyuq havalarla əlaqədar ölkədə dəm qazı zəhərlənmələri baş verir.

Xəbər xətti