Oktyabrın 8-nə keçən gecə düşmən 183 “Şahed”, “Gerbera” və digər növ hücum PUA-ları ilə Ukraynaya hücum etdi.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, aviahücum Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket qüvvələri, elektron döyüş bölmələri, pilotsuz sistemlər və mobil atəş qrupları tərəfindən dəf edilib.
Qeyd olunur ki, səhər saat 09:00-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda, şərqində və mərkəzində 154 düşmən “Şahed”, “Gerbera” və digər növ PUA-larını vurub və ya məhv edib.