Ucnoqta.az
www.ucnoqta.az

Rusiya 183 PUA ilə Ukraynaya hücum edib

10:40 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Oktyabrın 8-nə keçən gecə düşmən 183 “Şahed”, “Gerbera” və digər növ hücum PUA-ları ilə Ukraynaya hücum etdi.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, aviahücum Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket qüvvələri, elektron döyüş bölmələri, pilotsuz sistemlər və mobil atəş qrupları tərəfindən dəf edilib.

Qeyd olunur ki, səhər saat 09:00-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda, şərqində və mərkəzində 154 düşmən “Şahed”, “Gerbera” və digər növ PUA-larını vurub və ya məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası