FİFA Ermənistanı cərimələdi

11:02 - 8 Oktyabr 2025 - İDMAN

FİFA Ermənistan Futbol Federasiyasını 13 000 İsveçrə frankı (təxminən 16 000 dollar) məbləğində cərimələyib.

Ucnoqta.az xəbər verir ki, Portuqaliya ilə matçda komandanın nalayiq davranışı, asayişi və təhlükəsizliyi pozması, azarkeşlərin meydana daxil olmaq cəhdinə görə Ermənistan Futbol federasiyası 12 000 frank cərimələnib. Portuqaliya Federasiyası da öz növbəsində xəbərdarlıq alıb.

FFA İrlandiya ilə oyunda baş verən hadisələrə görə də 1000 frank ödəyəcək.

Xəbər xətti