Bakıda Bal yarmarkasının keçirilməsi ilə bağlı hazırlıq işləri görülür.
Bu barədə Ucnoqta.az Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, yarmarkaya ölkənin dördbir yanından, xüsusən də işğaldan azad edilmiş ərazilərdən arıçı fermerlər qatılacaqlar.
Qeyd edilib ki, oktyabrın 18-dən noyabrın 9-na qədər, metronun "Gənclik" stansiyası ilə üzbəüz, Atatürk parkında Bal yarmarkası təşkil olunacaq. Qiymətlər isə balın növündən, alınan çiçəklərdən asılı olaraq dəyişəcək.