Ucnoqta.az
www.ucnoqta.az

Bu ünvanda bal yarmarkası təşkil olunacaq - oktyabrın 18-dən...

11:38 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Bakıda Bal yarmarkasının keçirilməsi ilə bağlı hazırlıq işləri görülür.

Bu barədə Ucnoqta.az Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-yə istinadən xəbər verir. 

Bildirilib ki, yarmarkaya ölkənin dördbir yanından, xüsusən də işğaldan azad edilmiş ərazilərdən arıçı fermerlər qatılacaqlar. 

Qeyd edilib ki, oktyabrın 18-dən noyabrın 9-na qədər, metronun "Gənclik" stansiyası ilə üzbəüz, Atatürk parkında Bal yarmarkası təşkil olunacaq. Qiymətlər isə balın növündən, alınan çiçəklərdən asılı olaraq dəyişəcək.

Müəllif: Ucnoqta.az redaksiyası