Texas Milli Qvardiyası qoşunları cinayətlə mübarizədə federal hakimiyyət orqanlarına kömək etmək üçün İllinoys ştatına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Telekanalın məlumatına görə, Texas Milli Qvardiyasının əsgərləri Çikaqo ətrafında yerləşən hərbi təlim mərkəzində görüntülənib.
Oktyabrın 6-da Texas qubernatoru Qreq Abbott Texas Milli Qvardiyasının qoşunlarının “ölkənin müxtəlif bölgələrinə” yerləşdirilməyə hazırlaşdığını açıqlamışdı.