Ucnoqta.az
www.ucnoqta.az

İspaniyanın paytaxtında bina uçub - 4 nəfər ölüb

08:18 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

İspaniyanın Madrid şəhərinin mərkəzində bina çöküb.

Ucnoqta.az El Pais-ə istinadən bildirir ki, yanğınsöndürənlər dağıntılar altından 4 nəfərin cəsədini aşkar ediblər.

Tikinti ustasının sözlərinə görə, çökmə zamanı ərazidə 30-40 işçi ola bilər.

Dağılan bina dördulduzlu otelə çevrilirdi.

“Xilasedicilər dağıntılar altında insanların qalmamasını təmin etmək üçün dağıntıları təmizləməyə davam edirlər”, - nəşr qeyd edir.

Müəllif: Ucnoqta.az redaksiyası