Qəzzada danışıqların bu tarixədək yekunlaşdırılması tələb edilir

00:20 - 9 Oktyabr 2025 - DÜNYA

Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda vasitəçilər Qəzza zolağında münaqişənin həlli üzrə məsləhətləşmələrin oktyabrın 10-dan gec olmayaraq başa çatdırılmasını tələb ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı HƏMAS-ın yüksək rütbəli mənbəsinə istinadən məlumat yayıb.

"Vasitəçilər Fələstin və İsrail nümayəndə heyətlərindən danışıqların üçün son tarix kimi cümə gününü təyin etməyi tələb etdilər", - adı açıqlanmayan mənbə kanala bildirib.

Xəbər xətti