Keçmiş UFC döyüşçüsü Avstraliyada güllələnib

23:10 - 8 Oktyabr 2025 - HADİSƏ

Keçmiş Ultimate Fighting Championship (UFC) döyüşçüsü Suman Mokhtaryan Sidneyin Riverstone ətrafında güllələnərək ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qətl yerli vaxtla oktyabrın 8-də axşam saatlarında baş verib. Şahidlərin sözlərinə görə, silahlı şəxs qırmızı “Audi” markalı avtomobillə hadisə yerindən qaçıb.
Qeyd edək ki, 2024-cü ilin fevralında Moxtaryanın həyatına cəhd edilib. 

Xəbər xətti