BMT-nin baş katibi Antonio Quterreş etirazçıların Ekvador prezidenti Daniel Noboanın kortejinə hücumunu pisləyib və bütün tərəfləri təmkinli olmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
Baş katib Ekvadorda prezident Daniel Noboanın kortejinə qarşı zorakılıq aktını pisləyir. Biz etirazlar ətrafında yaranmış vəziyyətdən son dərəcə narahatıq. Baş katib bütün tərəfləri istənilən formada zorakılıqdan çəkinməyə və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün dialoqa getməyə çağırır.